Sentyabr toqquşması zamanı itkin düşən erməni əsgərlərin sayı 29-dur.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Tvitter səhifəsində yazıb.
O bildirib ki, Birinci Qarabağ savaşında 777, İkinci Qarabağ savaşında isə 217 nəfər itkin düşüb.
Qeyd edək ki, Paşinyan sentyabr toqquşmasında itkilərinin sayının 210, yaralıların isə 293 olduğunu açıqlamışdı.