Ermənistanın baş nazir Nikol Paşinyan Çexiya paytaxtı Praqadan MDB-nin qeyri-rəsmi Zirvə toplantısında iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə yola düşüb.
AzerTimes xəbər veir ki, məlumatı Ermənistan KİV-i yayıb.
Bildirilib ki, o, Rusiyanın şimal paytaxtına Praqada keçirilən Avropa Siyasi Birliyinin sammiti başa çatandan sonra yollanıb.
Qeyd edək ki, sonuncu qeyri-rəsmi zirvə toplantısı 2021-ci il dekabrın 28-də Sankt-Peterburqda keçirilib.
Xatırladaq ki, oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə dördtərəfli görüş keçirilib.