Ermənistan Baş naziri Nikol Paşinyan geniştərkibli nümayəndə heyətilə bu gün Qətərə səfərə gedib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.
Paşinyanın Qətər ali rəhbərliyi ilə görüşləri nəzərdə tutulur.
Səfərin hədəfi iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əməkdaşlığı genişləndirməkdir.