Ermənistanın Baş naziri Nikol Paşinyan və Gürcüstanın hökumət başçısı İrakli Qaribaşvilinin görüşü olub.
AzerTimes xəbər verir ki, bu barədə N.Paşinyan Feysbuk səhifəsində yazıb.
O bildirib ki, gürcü həmkarı ilə xüsusi söhbəti olub:
“Ermənistanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasından əvvəl İrakli Qaribaşvili ilə xüsusi söhbət etdik”.
Qeyd edək ki, Gürcüstanın baş naziri Ermənistanda işgüzar səfərdədir. O, yanvarın 12-də hökumətlərarası komissiyanın iclasına qatılıb.