Paşinyan Qarabağla bağlı üçtərəfli bəyanatdan imtinanı fəlakət adlandırıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən ötən ilin noyabrında imzalanmış Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatdan imtinanı fəlakətə səbəb olacağını deyib.

AzerTimes-ın İnterfaks-a istinadən verdiyi məlumata görə, o Ermənistanın Araqatsotn bölgəsinə səfəri çərçivəsində kəndlilərlə görüşdə deyib: “İndi deyillər ki xain hökumət (Ermənistan, iqtidar hakimiyyət – red.) getməlidir. İmzaladığımız sənəddən (Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən ötən ilin noyabrında imzalanmış Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanat – red.) imtina edəcəksinizmi? Xeyr deyirlər. Bu sənədi cırsaq fəlakət olacaq”.

Teqlər: