Paşinyanın rəhbərliyi və koordinasiyası ilə Qarabağda yeni siyasi qruplar formalaşır. Samvel Babayanın təmsil olunduğu qrup yer tutmağa çalışır, lakin onun son görüşləri zamanı məlum olub ki, bu, onun gücü daxilində deyil.
AzerTimes xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, Babayan hələ də Xankəndidəki separatçıların rəhbəri Arutyunyana təzyiq etməklə “nazir postunu” tutmağa ümid edir:
“Paşinyanın koordinasiyasındakı ikinci qanada Tiqran Petrosyan və Hadrut şəhərinin keçmiş “meri” Vahan Savadyan başçılıq edir. Petrosyan və Savadyan qeyri-rəsmi şəkildə hazırkı “dövlət naziri” Qurgen Nersisyan və pərdə arxasında çox fəal çalışan Masis Mailyanla eyni sahədə işləyirlər”.