Ermənistan Baş naziri Nikol Paşinyan Qafana səfər edib.
AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, Paşinyanın səfərindən öncə təhlükəsizlik tədbirləri məqsədilə Qafanın küçələrinə polis və xüsusi təyinatlılar yeridilib.
Mətbuatın yazdığına görə, hətta Qafana helikopter də gətirilib ki, əhali etiraz edib yolu bağlayanda Paşinyan oradan çıxa bilsin.