Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvada qaldığı oteldən görüntülərini paylaşıb.
AzerTimes xəbər verir ki, fotoda Paşinyanın otel otağının pəncərəsində oturaraq, çıxış mətni üzərində işlədiyi görünür.
Qeyd edək ki, MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Nikol Paşinyan Moskvaya gedib. Bir neçə dəqiqə öncə onun Kremldə Putinlə görüşü baş tutub. Paşinyan rus dilində özünü ifadə etməkdə çətinlik çəkdiyi üçün onun çıxış mətnini əvvəlcədən əzbərləməyə çalışdığı ehtimal olunur.