İyulun 5-də Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
AzerTimes xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.
Danışıq Ermənistan tərəfinin təşəbbüsü ilə reallaşıb.
V.Putin Rusiyanın Ermənistan-Azərbaycan sülh müqaviləsinin işlənib hazırlanmasında əməli yardımı davam etdirməyə hazır olduğunu təsdiqləyib.