Paşinyan Putinə qarşı “va-bank” gedir – Tarasov

Paşinyan Putinə qarşı “va-bank” gedir – Tarasov

Ermənistanın bu il öz ərazisində KTMT təlimlərini keçirməkdən imtina etməsi 2020-ci ildə Qarabağ münaqişəsinin nəticəsi ilə bağlıdır.

AzerTimes xəbər verir ki, rusiyalı ermənipərəst politoloq Stanislav Tarasov deyib.

“Ermənistan KTMT üzvlərinin Laçın dəhlizi zonasında baş verənlərlə bağlı davranışından, həmçinin 2022-ci ilin sentyabrında Azərbaycanla sərhəddə baş vermiş silahlı toqquşmadan narazıdır. Ermənistan xüsusi komissiyanın yaradılmasını tələb etdi, çünki onun ərazisinə qarşı təcavüz aktının həyata keçirildiyini və KTMT-nin hərbi hissələrinin sərhədə göndərilməli olduğunu hesab edirdi. Ötən ilin payızında KTMT-nin Ermənistanda keçirilən sammitində İrəvan ilk dəfə yekun sənədi imzalamaqdan imtina etdi. İndi onlar təlimlərdən imtina edirlər. Onlar va-bank getdilər və Qərb tərəfdaşlarının problemin həllində onlara köməklik edəcəyini gözləyirlər”, – Tarasov bildirib.

Politoloq xatırladıb ki, Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın daxil olduğu KTMT-nin nizamnaməsinə görə, üzv dövlətlərdən birinə hücum edildikdə, digərləri onun müdafiəsinə qalxmalıdır. Qarabağda münaqişə baş verdikdə isə təşkilat başqa cür davrandı:

“Sərhədin demarkasiyası olmadığı və tərəflər ayrı-ayrı ərazilər üzərində mübahisə etdiyi üçün KTMT baş verən hadisələri təcavüz aktı hesab etməyib. Rusiya sülhməramlılarının statusu müəyyən olunmayıb. Ermənistan hesab edir ki, onlar Azərbaycanın hərəkətlərinin qarşısını almalıdır, Azərbaycan isə əksinə, sülhməramlıların Ermənistanın hərəkətlərinin qarşısını almalı olduğunu düşünür. Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın özündə antirusiya əhval-ruhiyyəsi formalaşdıran intriqa yaradıb”.

Teqlər: