Paşinyan Putindən “estafeti almağa” Piterə gedəcək?

Paşinyan Putindən “estafeti almağa” Piterə gedəcək?

Ermənistanın Baş naziri Nikol Paşinyanın dekabrda Sankt-Peterburqda keçiriləcək Müstəqil Dövlətlər Birliyi (MDB) və Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitlərində iştirak edəcəyini gözləyirik.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov mediaya açıqlamasında deyib.

“MDB ölkələri liderlərinin qeyri-rəsmi ənənəvi görüşü və Aİİ-nin rəsmi görüşü olacaq. Yeri gəlmişkən, bu görüşdə Rusiyadan sonra Ermənistan sədrlik edəcək, ona görə də hesab edirəm ki, Paşinyan estafeti Vladimir Putindən almağa gələcək”, – Kreml nümayəndəsi jurnalistlərə bildirib.

Teqlər: