Paşinyan prezident üsul-idarəsini geri qaytarır?

Paşinyan prezident üsul-idarəsini geri qaytarır?

Ermənistanın Baş naziri Nikol Paşinyan 2023-cü ilin mart-aprel aylarında konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirmək niyyətindədir.

AzerTimes xəbər verir ki, bu barədə “Past” nəşri məlumat yayıb.

“Hazırlıq işlərinin aparılması aidiyyəti idarələrə tapşırılıb. Venesiya Komissiyası artıq əsas təkliflər üzrə rəy göndərib ki, bu da kifayət qədər mübahisəli, hətta konstitusiyaya zidd müddəaların mövcudluğundan xəbər verir”, – nəşr bildirib.

Məlumatda qeyd olunub ki, Paşinyan tərəfdaşlarına referendumun nə vaxt və hansı dəyişikliklərlə keçiriləcəyinə yalnız özünün qərar verəcəyini deyib:

“Bəzi dairələr yarıprezident idarəetmə formasına keçidə israr etsələr də, Paşinyan Ermənistanda parlament idarəetmə sisteminin davam etdirilməsində qərarlı olduğunu deyib”.

Teqlər: