Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməyə hazır olduğunu bildirdi.
AzerTimes-ın məlumatına görə, Ermənistanın baş naziri Litvada yaşayan erməni icması ilə görüşü zamanı Azərbaycanın azad edilmiş ərazilərində yerləşdirilmiş minaların xəritələrini gətirməyə də hazır olduğunu bildirib.
Qeyd edək ki, oktyabrın 2-də İspaniyanın EFE xəbər agentliyinə müsahibəsində Prezident İlham Əliyev Paşinyanla o, hazır olanda istənilən zaman danışıqlar aparmağa hazır olduğunu ifadə edib.