Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan ölkənin baş nazirinin müavini təyin olunub.
AzerTimes xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetində keçirdiyi Təhükəsizlik Şurasının iclasında kadr dəyişikliyi edib.
Maliyyə naziri vəzifəsinə isə Vaqe Ovaneisyan təyin olunub.
Qeyd edək ki, dekabrın 12-də Ermənistan baş nazirinin müavini Ambarsum Matevosyan istefa verib.