Paşinyan onlarla görüşdən imtina etdi

Paşinyan onlarla görüşdən imtina etdi

Ermənistan Baş naziri Nikol Paşinyan və müdafiə naziri Suren Papikyan yanğında ölən 15 hərbçinin valideynləri ilə görüşü məqsədəuyğun hesab etmir və istintaq bitənə qədər görüş keçirilməyəcək.

AzerTimes xəbər verir k, bu barədə ölən hərbçilərin valideynlərinin vəkili Norayr Norikyan öz Feysbuk səhifəsində yazıb.

O bildirib ki, bu barədə ona Göyçə vilayətinin qubernatoru Karen Sərkisyan məlumat verib:

“Göyçə vilayətinin qubernatoru mənə zəng edərək bildirdi ki, ibtidai araşdırma aparıldığı üçün baş nazir və müdafiə naziri bunu məqsədəuyğun hesab etmir və ölən hərbçilərin valideynləri ilə istintaqın sonuna qədər görüşməkdən imtina edirlər”

Qeyd edək ki, ötən gün ölən 15 hərbçinin valideynləri baş nazirin və müdafiə nazirinin onlarla görüşüb suallarını cavablandırmasını, yaranmış şəraitlə bağlı izahat verməsini tələb edərək İrəvan-Göyçə magistral yolunu bağlamışdılar.

Xatırladaq ki, yanvarın 19-da Göyçə mahalının Ağkilsə kəndində Ermənistan ordusunun 15 hərbçisi yanaraq ölmüşdü.

Teqlər: