Ermənistan hakimiyyət növbədənkənar seçki keçirmək fikrində deyil.
AzerTimes xəbər verir ki, bunu hakim “Mülki müqavilə” partiyasından olan deputat Armen Xaçatryan deyib.
“Növbədənkənar seçkiyə niyə getməliyik, problem nədir? Belə bir müzakirə olmayıb. Konstitusiyaya görə, parlament 5 il müddətinə seçilir. Müddət bitdikdən sonra yeni seçki olacaq”, – o bildirib.
Qərbin növbədənkənar seçkiyə meyilli olmasına dair söz-söhbətlərə cavab olaraq Xaçatryan qeyd edib ki, Qərb heç nəyə meyilli deyil:
“Mən hazırda növbədənkənar seçkiyə ehtiyac görmürəm”.