Xəbər - Cani Babayeva, tərcümə Orxan Nəbiyev – Trend:
Azərbaycan Prezidenti İlham Əliyev öz ölkəsini və ordusunu Qələbəyə tam hazırlamışdı.
Bunu AzerTimes-a israilli ekspert Mixail Finkel deyib.
O xatırladıb ki, düz bir il əvvəl Münxen təhlükəsizlik konfransında Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında məşhur debat baş tutub:
“Müdrik, uzaqgörən, təcrübəli siyasətçi olan Prezident İlham Əliyev o zaman Paşinyana dedi ki, yeganə və ən doğru yol işğal olunmuş torpaqları müharibəsiz qaytarmaqdır. Əgər Paşinyan bu müdrik məsləhətə qulaq assaydı, Ermənistan insan itkilərindən, orduya və nüfuzuna vurulan ağır zərbədən qaça bilərdi. Ölkə iqtisadiyyatına bu cür ağır zərbə dəyməzdi”.
Ekspert əlavə edib ki, Nikol Paşinyan müharibəyə başladı və nəticədə məğlubiyyət utancını qazandı:
“Prezident İlham Əliyev öz ölkəsini və ordusunu Qələbəyə tam hazırladı. Ordunu modenrləşdirdi, ən yaxşı silahlarla təchiz etdi”.