Ermənistan Baş naziri Nikol Paşinyan Moskvada da velosiped gəzintisinə çıxıb.
AzerTimes xəbər verir ki, erməni baş nazir gəzintisinin görüntülərini Teleqram kanalında yayımlayıb.
“Moskva çayının sahilində çox yaxşı velosiped yolu var və bu gün velosiped sürdük”, – Paşinyan bildirib.
Qeyd edək ki, Paşinyan MDB Dövlət Başçıları Şurasının bu gün keçiriləcək iclasında iştirak etmək üçün dünən Moskvaya gedib.