Paşinyan Misirə getdi

Paşinyan Misirə getdi

Ermənistanın baş naziri Nikol Paşinyan Misir Ərəb Respublikasına ikigünlük rəsmi səfərə gedib.

AzerTimes xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.

Səfər zamanı Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə Nikol Paşinyan arasında təkbətək görüş olacaq.

Bunun ardınca nümayəndə heyətləri arasında geniş tərkibdə danışıqlar davam edəcək.

Həmçinin Paşinyan Misir hökumətinin başçısı Mustafa Madbuli, Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Abdul Qeyt, Kopt pravoslav kilsəsinin patriarxı II Tavadros, Əl-Əzhərin imamı şeyx Əhməd Məhəmməd ət-Taliblə də görüşəcək.

Teqlər: