Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 18-də Londonda keçiriləcək Avropa Siyasi Birliyinin (EPC) dördüncü sammitində iştirak edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan hökumətinin başçısının mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.
“Baş nazir Nikol Paşinyan iyulun 15-dən avqustun 12-dək məzuniyyətdə olacaq. Avropa Siyasi Birliyinin bu həftə Londonda keçirilməsi planlaşdırılan dördüncü sammiti ilə əlaqədar olaraq məzuniyyət pozulacaq”, – Baqdasaryan bildirib.
Onun sözlərinə görə, Paşinyan məzuniyyətinin böyük hissəsini Ermənistanda keçirəcək.