Klerikal-feodal elitasına deyirəm: siz Ermənistanda hakimiyyəti dəyişə bilməzsiniz, siz sadəcə olaraq gücsüzsünüz.
AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan parlamentində iyunun 13-də 2023-cü il büdcəsinin icrasının müzakirəsi zamanı Baş nazir Nikol Paşinyan deyib.
“Onlar gəldilər, Ermənistanda hakimiyyət dəyişikliyi etmək istəyirlər ki, Qarabağı təslim etdikləri kimi, Ermənistanı da KTMT-yə təslim etsinlər. Amma mən klerikal-feodal elitaya açıq şəkildə demək istəyirəm: siz Ermənistanda hakimiyyəti dəyişə bilməzsiniz, siz sadəcə olaraq gücsüzsünüz”, – Paşinyan bildirib.
O vurğulayıb ki, müxalifət xalqdan doğan, xalqdan qidalanan legitimlik qarşısında sadəcə acizdir:
“Yalnız xalq Ermənistanda hakimiyyəti istədiyi vaxt dəyişə bilər. İstəsə, edəcək, istəməsə, etməyəcək”.