Paşinyan Makronla görüşdü: nələr müzakirə edildi?

Paşinyan Makronla görüşdü: nələr müzakirə edildi?

Ermənistan Baş naziri Nikol Paşinyan Fransa lideri Emmanuel Makronla görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə Yelisey Sarayının yaydığı məlumatda deyilir.

Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı məsələlər müzakirə edilib.

Tərəflər Qranadada (İspaniya) qəbul edilmiş dördtərəfli bəyanatda Bakı-İrəvan münasibətlərinin tənzimlənməsinə dair müddəaların vacibliyinə toxunublar, mövcud məsələ ilə bağlı beynəlxalq birliyin yardımının əhəmiyyətini qeyd ediblər.

Bundan əlavə, Paşinyan Ermənistan-Fransa əməkdaşlığının bütün sahələrdə inkişafının vacibliyini bildirib. Tərəflər əməkdaşlığın dərinləşdirilməsi üçün ardıcıl fəaliyyəti təmin etməyə hazır olduqlarını bəyan ediblər.

Makron Fransanın Ermənistana gələcək inkişafında və mövcud problemlərin aradan qaldırılmasında yardımını əsirgəməyəcəyini bir daha vurğulayıb.

Qeyd edək ki, Nikol Paşinyan arvadı Anna Akopyanla birgə Fransada səfərdədir.

Teqlər: