Paşinyan Lavrovla görüşdü: Dəstəyinizə ümid edirik…

Paşinyan Lavrovla görüşdü: Dəstəyinizə ümid edirik…

İrəvan erməni “hərbi əsirlər”in qaytarılması məsələsində, eləcə də Azərbaycanla sərhədin demarkasiya və delimitasiyası prosesində Moskvanın dəstəyinə ümid edir.

AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

“Hazırkı görüş regional təhlükəsizlik və Qarabağ nizamlanması da daxil olmaqla, geniş spektrli məsələləri müzakirə etmək imkanı verir. Bu problemlər rusiyalı həmkarlarla da fəal müzakirə olunur”, – Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli işçi komissiyasının ikinci və üçüncü iclasları müvafiq olaraq Moskva və Brüsseldə keçiriləcək:

“Biz bu prosesin effektiv olması üçün Rusiyanın dəstəyinə ümid edirik”.

Teqlər: