Paşinyan “Laçın” postuna hücum əmrini niyə verib?

Paşinyan “Laçın” postuna hücum əmrini niyə verib?

Ermənistanın Laçın postunda təxribat hücumu təkzibedilməz faktlarla sübut olunub. Artıq ermənilər də bunu təkzib edə bilmir, müxalifət isə bu təxribata görə Nikol Paşinyan hakimiyyətini ittiham edir.

AzerTimes Publika.az-a istinadən xəbər verir ki, Qarabağdakı ermənilər isə Ermənistan hakimiyyətinin bu təxribatı Azərbaycana fürsət vermək üçün törətdiyini iddia edirlər.

“Hraparak” nəşri Qarabağdakı separatçılara istinadən yazır ki, Ermənistan hakimiyyəti təxribatı qəsdən törədib.

“Məqsəd vəziyyəti gərginləşdirmək və Azərbaycanın Qarabağa nəzarəti təmin etməyini legitimləşdirməkdir. Nəticədə sərhəd-keçid məntəqəsi bağlandı və proses bu istiqamətdə gedir”, – Qarabağdakı ermənilər qeyd edirlər.

Teqlər: