Həyat sübut edir ki, KTMT-nin postsovet məkanındahı hərbi rolu özünü doğrultmur.
AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan mediaya açıqlamasında deyib.
O bildirib ki, bu, yalnız Ermənistan-Azərbaycan konflikti ilə bağlı deyil:
“Ermənistan tərəfi bu istiqamətdə nəticə çıxarıb və təsirli addımlar atır. Biz KTMT-yə Türkiyə-Azərbaycan tandemindən qorunmaq üçün qoşulmuşduq. Başqa kim olacaqdı? Və heç olmasa siyasi qiymətləndirmə vaxtı çatanda, bu qiymətləndirmə yetərli olmadı. Ermənistanın reaksiyası dünənki sənədi imzalamaqdan imtina etməsi oldu. Biz gözləyirdik ki, sənəddə siyasi qiymətləndirmə əksini tapacaq”.
Qeyd edək ki, ötən gün İrəvanda baş tutan KTMT sammitində Nikol Paşinyan “KTMT KTŞ bəyannaməsi”ni imzalamaqdan imtina edib.