Paşinyan Konstitusiya layihəsini müzakirəyə çıxarır

Paşinyan Konstitusiya layihəsini müzakirəyə çıxarır

Ermənistanın Baş naziri Nikol Paşinyan martın 1-dən Ermənistan Konstitusiyasının dəyişdirilməsinə başlayacaq.

AzerTimes xəbər verir ki, bu barədə Erməni KİV-ləri məlumat yayıb.

Bildirilir ki, Nikol Paşinyan İrəvanda Ermənistan Konstitusiyasına əlavə və dəyişiklikləri hazırlayan komissiyanın üzvləri ilə görüşəcək. Onlar referenduma çıxarılması planlaşdırılan Konstitusiyaya dəyişikliklər layihəsini müzakirə edəcəklər.

Vurğulanır ki, Paşinyan komissiyanın yeni tərkibini çağırmayıb. Sənədə əvvəllər dəyişiklik edən həmin şəxslər yeni düzəlişlər hazırlayacaqlar.

“Məsələ vaxt çatışmazlığındadır və Ermənistan hakimiyyəti düzəlişlər etməyə tələsir”, – məlumatlarda qeyd olunur.

Teqlər: