Paşinyan “köç” dedi, MTX sədri imtina etdi

Paşinyan “köç” dedi, MTX sədri imtina etdi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanla Baş nazir Nikol Paşinyan arasında etimadsızlıq olduğu haqda məlumat yaranıb.

AzerTimes xəbər verir ki, erməni mediası Nikol Paşinyanın MTX sədrinə hökumət üzvləri üçün hazırlanan bağ evinə köçməyi təklif edib. İddialara görə, A.Abazyan bu təklifdən imtina edib.

Səbəb kimi isə Paşinyanın istənilən vaxt onun evinə “qvardiyasını” göndərib, yoxlama apara və yaxud gecənin istənilən vədəsində öz yanına çağıra biləcəyi göstərilir. Belə görünür ki, baş nazir MTX rəhbərinə güvənmir, bu isə Abazyanın vəzifəsini hər an itirə biləcəyi anlamına gəlir.

Bildirilib ki, hazırda hökumətin bağ evində cəmi 3 ailə yaşayır: Paşinyan, Alen Simonyan və Ararat Mirzoyan.

Teqlər: