Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan AB-nin xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
AzerTimes xəbər verir ki, görüş zamanı tərəflər regional vəziyyətə dair fikir mübadiləsi aparıblar.
Eyni zamanda, tərəflər Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını və sərhədlərin delimitasiyasını müzakirə ediblər.