Paşinyan: İstəyirsinizsə, məni güllələyin!

Paşinyan: İstəyirsinizsə, məni güllələyin!

Ermənistan hərbi tribunalın yaradılması məsələsinə baxılır.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan Çexiyada erməni icması ilə görüşündə deyib.

“Ermənistanda ixtisaslaşmış məhkəmələr var. Gündəliyə hərbi tribunalın yaradılması məsələsi də daxildir”, – deyə Paşinyan bildirib.

Erməni baş nazir həmçinin özünün mühakimə olunması məsələsini şərh edib:

“Siz demək istəyirsiniz ki, mən mühakimə olunmağıma və güllələnməyimə razı olmalıyam? 2020-ci il müharibəsində xalq qarşısına çıxdım və dedim: Əgər hesab edirsinizsə ki, məni güllələmək lazımdır, o zaman mən divara söykənərəm. Əgər hansısa zamanda xalq buna qərar versə, hazıram. İstəyirsinizsə, güllələyin”.

Teqlər: