Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı, polkovnik Arman Maralçyan vəzifəsindən uzaqlaşdırılıb.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, polkovnikin istefa təklifini Baş nazir Nikol Paşinyan edib və Prezident Vaaqn Xaçaturyan bununla bağlı sərəncam imzalayıb.