Paşinyan “işğaldakı 31 erməni kəndi” hekayəsi ilə… – İcma

Paşinyan “işğaldakı 31 erməni kəndi” hekayəsi ilə… – İcma

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün böhtan mahiyyətli bir sıra açıqlamalar verib. 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamış bir ölkənin, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı vermiş birisinin indi Azərbaycanı Ermənistanın daxili işlərinə qarışmaqda ittiham etməsi gülüncdür.

AzerTimes xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

“Nikol Paşinyanın xüsusən “işğal altında olan 31 erməni kəndi” kimi uydurma hekayəni ortaya atması Ermənistanın hələ də işğal altında qalan 8 Azərbaycan kəndini qaytarmaq niyyətində olmadığını nümayiş etdirir.

Bu açıqlamalar həm də onu göstərir ki, cəmiyyətdə mövqeləri getdikcə zəifləyən, komandadaxili problemlər yaşayan Nikol Paşinyan çıxış yolu kimi vəziyyəti qəsdən gərginləşdirməyə və sülh danışıqları prosesini dağıtmağa can atır.

Görünür, başda Fransa olmaqla bəzi ölkələrin silahları, Jozep Borrell, Zəngəzur dağlarında macəra axtaranlar – Avropa Birliyinin Missiyası, “Yerkrapa” kimi quldur birləşmələri Ermənistanı “cəsarətləndirib”.

Ermənistan son vaxtlar seçdiyi təhlükəli xətdən imtina etməlidir”, – deyə bəyanatda bildirilib.

Teqlər: