Ermənistan Baş naziri Nikol Paşinyan Almaniya Bundestaqının Hüquq Məsələləri Komissiyasının sədri Elizabet Vinkelmayer-Bekerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidmətindən məlumat verilib.
Tərəflər Ermənistan-Almaniya və Ermənistan-Avropa Birliyi arasında əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən AB-nin Ermənistan-Azərbaycan sərhədində mülki missiyasının fəaliyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.