Paşinyan inandırıcı addım atdı, dəhliz isə… – Uorlik

Paşinyan inandırıcı addım atdı, dəhliz isə… – Uorlik

Ermənistan və Azərbaycan sanki sülh sazişi imzalamağa, sülhə yaxınlaşmağa yaxınlaşır, amma hadisələrin necə inkişaf edəcəyini demək çətindir.

AzerTimes Publika.az-a istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik “Ermənistan və Azərbaycan həqiqətən də sülh astanasındadırmı?” mövzusunda keçirilən müzakirədə bildirilib.

“Biz bu ssenarini əvvəllər dəfələrlə görmüşük, burada tərəflər yenidən qərara yaxınlaşıblar, lakin heç vaxt son xətti keçə bilməyiblər”, – Uorlik bildirib.

Onun sözlərinə görə, danışıqların ətrafında cəmləşən bir çox məsələlər var:

“Birincisi, anklavlar məsələsidir. Artıq həll olunmuş kimi görünür. Baş nazir Paşinyan dörd mübahisəli anklavı təslim etməklə çox inandırıcı addım atıb.

İkincisi, demarkasiya və delimitasiya məsələsidir ki, bu, kifayət qədər uzun müddət tələb edəcək. Üçüncüsü, nəqliyyat və kommunikasiya məsələsidir, xüsusən də Azərbaycanla Naxçıvan arasında. Bu, daha mürəkkəb məsələdir”.

“Təkcə bu problemi həll etmək deyil, həm də bu dəhlizin yaradılması yolunu müəyyən etmək hər iki ölkənin maraqlarına uyğundur. Azərbaycan dəmir yolu dəhlizinin olmasına hazır görünür və bunu alqışlayır. Açığı, Ermənistan da ticarət və kommunikasiyaya yol aça biləcək belə bir sərhədi alqışlamalıdır. Çətindir, amma düşünürəm ki, razılığa gələ bilərik. Ümid edirəm ki, tərəflər buna daha da yaxınlaşırlar”, – Uorlik yekunlaşdırıb.

Teqlər: