Paşinyan içəri girdi, heç kim qalxmadı…

Paşinyan içəri girdi, heç kim qalxmadı…

İki gün əvvəl Nikol Paşinyan Ermənistan Politexnik Universiteti, Kənd Təsərrüfatı Universiteti, Memarlıq və İnşaat Universitetinin professor və tələbələri, həmçinin elmi tədqiqat təşkilatlarının bir qrup nümayəndəsi ilə görüşdü”.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni jurnalist Hasmik Babacanyan yazıb.

O bildirib ki, Paşinyan görüşün keçirildiyi zala daxil olarkən heç kim ona məhəl qoymayıb:

“Təəccübləndim ki, o, içəri girəndə zalda əyləşənlərin heç biri yerindən qalxmadı. Paşinyan ətrafa baxdı, bəlkə də alqışlar və ya heç olmasa hörmət əlaməti olaraq bir jest gözlədi. Lakin alimlər və professorlar laqeyd və təbəssümsüz şəkildə onun kürsüyə getməsini izlədilər. Sanki oturacaqlara kilidlənmişdilər və heç biri ayağa qalxmırdı. Düzünü desəm, heç bir rəhbərin dövründə belə şey görməmişəm”.

H.Babacanyan qeyd edib ki, Paşinyanın Feysbuk səhifəsindəki tərəfdarları sözügedən vəziyyəti qəzəblə qarşılayıblar.

Teqlər: