Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıda keçiriləcək COP29-da iştirak edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.
Bildirilib ki, Bakıya səfəri çərçivəsində Kobaxidzenin Azərbaycan prezidenti ilə şəxsi görüşü olacaq. İrakli Kobaxidzenin COP29 liderlərinin konfransında çıxış edəcəyi, həmçinin müxtəlif mövzularda dəyirmi masalar formatında keçiriləcək panel müzakirələrində iştirak edəcəyi planlaşdırılır.
Qeyd edək ki, COP29-da iştirak üçün Ermənistana da dəvət göndərilib. Lakin sabah COP-29 konfransının başlamasına baxmayaraq, Ermənistan rəsmiləri hələ də Bakıya gəlib-gəlməyəcəkləri haqda qəti söz deməyiblər. Hər dəfə bu yöndən suala “bu barədə hələ qərar verilməyib” cavabı səsləndirilib.