Paşinyan hədələdi: parlamenti tam dəyişmək istəyir

Paşinyan hədələdi: parlamenti tam dəyişmək istəyir

Gələn il Ermənistanda növbədənkənar parlament seçkisinin keçirilməsi ilə bağlı siyasi dairələrdə fəal söhbət gedir. Hakimiyyət hazırda bu mövzunu müzakirə edir.

AzerTimes xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

“Paşinyan “Mülki müqavilə”nin idarə heyətinin son iclaslarının birində yeni seçki keçirəcəyi, yenidən seçiləcəyi və parlamentin hazırkı mənzərəsini tamamilə dəyişdirib, yeni müxalifət gətirəcəyi barədə hədə-qorxu gəlib. Siyasi çevrələrdə Paşinyanın “polad mandatı” üçün növbəti dəfə inzibati resurslardan istifadə edərək, növbədənkənar seçkiyə gedəcəyi istisna edilmir”, – məlumatda deyilir.

Teqlər: