Ermənistanın Baş naziri Nikol Paşinyan cümə günü Gürcüstana işgüzar səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, səfər çərçivəsində Ermənistan və Gürcüstan baş nazirləri arasında təkbətək danışıqlar, eləcə də nümayəndə heyətlərinin geniş tərkibdə görüşü nəzərdə tutulub.