Ermənistanın Baş naziri Nikol Paşinyan Fransanın Strasburq şəhərinə işgüzar səfərə gedib.
AzerTimes xəbər verir ki, bu barədə onun mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, N.Paşinyan sabah Avropa Parlamentində çıxış edəcək və qurumun rəhbəri Roberta Metsola ilə görüşəcək.
Ermənistan baş nazirinin səfər çərçivəsində bir sıra görüşlər keçirəcəyi gözlənilir.