Ermənistanın müdafiə qabiliyyətinin inkişafı heç kimi narahat etməməlidir.
AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Parisdə Fransa Prezidenti Emmanuel Makronla birgə keçirdiyi brifinqdə deyib.
O əmin edib ki, Ermənistanın vəzifəsi regionda balans yaratmaqdır.
“Ermənistanın müdafiə qabiliyyətinə göstərdiyiniz dəstəyə görə təşəkkür edirəm. Mahiyyət etibarı ilə yeni olan müdafiə sahəsində əlaqələrimiz regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün vacibdir”, – Paşinyan Makrona bildirib.
O qeyd edib ki, bu kontekstdə tənqidlər var, lakin Ermənistan bütün qonşularının ərazi bütövlüyünü tanıyır.
Emmanuel Makron da öz növbəsində Fransanın Ermənistanla müdafiə sektorunda əməkdaşlığı davam etdirəcəyini qeyd edib:
“Fransa hərbi müdafiə ləvazimatlarının çatdırılmasına razılıq verib və Fransa hər hansı bir eskalasiya istəməyərək, bu sahədə davam edəcək”.