Paşinyan Filip Rikerlə görüşdü

Paşinyan Filip Rikerlə görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin administrasiyası bildirib.

Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını müzakirə edib.

Bundan başqa, görüşdə ABŞ-la Ermənistan arasında strateji dialoqa da toxunulub.

Qeyd edək ki, baş müşavirin Ermənistana səfəri dekabrın 4-dək davam edəcək.

Xatırladaq ki, o, İrəvandan əvvəl Bakıda və Tiflisdə səfərdə olub.

Teqlər: