Xəbər - Orxan Nəbiyev – Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı Eyvazlı və Çayzəmi kəndlərinin Azərbaycana məxsus olduğunu bir daha etiraf edib.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, Gorus-Qafan yolunda İran yük maşınlarının Azərbaycan polisi tərəfindən yoxlanılması məsələsi barədə sualı cavablandırarkən deyib: “Bu kəndlərin adlarını azərbaycanca adlandırmağımın sadə bir səbəbi var. Mən bunu ona görə etdim ki, Ermənistan vətəndaşlarına bu məsələ aydın olsun – adıçəkilən kəndlər Ermənistan Resoublikasının və ya Sovet Ermənistanının ərazisində deyil. Ermənistan Respublikası bunu 2010-cu il inzibati bölgü haqqında qanunla de-yure tanıyıb”.
Xatırladaq ki, avqustun 27-də Ermənistanın baş naziri Nikol Paşinyan hökumət iclasındakı çıxışında Azərbaycan toponimlərindən istifadə etmişdi. “Eyvazlı və Çayzəmi hissələrində yolun açılması regional sabitliyin çox yaxşı simvoluna çevrilə bilər” – deyə, bildirmişdi.