Paşinyan Ərdoğana zəng etdi

Paşinyan Ərdoğana zəng etdi

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Paşinyan Ərdoğana ölkənin cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib və dəstək sözlərini bildirib.

O, Türkiyəyə xilasedicilər göndərildiyini də diqqətə çatdırıb.

Ərdoğan Paşinyana yardıma görə təşəkkür edib və Ermənistanın bu addımını yüksək dəyərləndirdiyini deyib. O, iki ölkə arasında dialoqun dərinləşdirilməsi baxımından Paşinyanın bu addımını müsbət qiymətləndirib.

Teqlər: