Ermənistan Baş naziri Nikol Paşinyanın sədrliyi ilə mayın 16-da Mülki Müqavilə Partiyasının Təşəbbüs Qrupunun iclası keçirilib.
AzerTimes xəbər verir ki. bu barədə Mülki Müqavilə Partiyası açıqlama yayıb.
Bildirilib ki, iclas çərçivəsində Paşinyan Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesinin təfərrüatını da təqdim edib.