Paşinyan dayanmır: Rusiyaya qarşı daha bir bəyanat

Paşinyan dayanmır: Rusiyaya qarşı daha bir bəyanat

Ukraynada baş verənlər Almatı Bəyannaməsinin pozulmasıdır və əslində bizi ciddi narahat edir.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan “Frans 24” kanalına müsahibəsində deyib.

O bildirib ki, Almatı Bəyannaməsi İrəvan üçün çox vacibdir:

“Bu bəyannaməni həm Rusiya, həm Ukrayna, həm də Azərbaycan imzalayıb. Yeri gəlmişkən, həmin bəyannamə Belarus, Rusiya və Ukraynanın imzaladığı Belovej müqaviləsi ilə başladı. Daha sonra Almatıda keçmiş Sovet İttifaqının doqquz respublikasının qoşulduğu bu müqavilə iki məsələdən ibarətdir: Sovet İttifaqının mövcudluğunu dayandırması və ikincisi, Sovet respublikalarının müstəqil dövlət olması, bir-birinin ərazi bütövlüyünü tanıması və sərhədlərin toxunulmazlığı.

İndi bizim təhlükəsizliyimiz üçün də çox vacib olan Almatı Bəyannaməsi fonunda Ukraynada baş verənlərin bu bəyannaməsinin pozulması olduğunu görürük və ciddi şəkildə narahatıq”.

Qeyd edək ki, bundan öncə də Paşinyan bu fikri dilə gətirmiş, Kreml isə Ermənistan baş nazirinin haqsız olduğunu açıqlamışdı.

Paşinyanın “Frans 24” kanalına müsahibəsində Ermənistanın KTMT-də fəaliyyətini doldurduğu barədə açıqlaması isə Rusiyada ciddi gərginlik yaradıb.

Teqlər: