Paşinyan “davam edir”: Makrona zəng etdi

Paşinyan “davam edir”: Makrona zəng etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan yenə Fransa Prezidenti Emmanuel Makrona telefonla zəng edib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat verib.

Telefon danışığı zamanı baş nazir sərhəddə yaranmış vəziyyəti “ətraflı” təqdim edib.

Paşinyan qeyd edib ki, nisbi sakitliyə baxmayaraq, vəziyyət son dərəcə gərgin olaraq qalır.

Qeyd edək ki, bundan öncə Paşinyan Rusiya liderinə zəng etmişdi.

Teqlər: