Paşinyan daha bir məmuru vəzifəsindən azad etdi

Paşinyan daha bir məmuru vəzifəsindən azad etdi

Ermənistanın Penitensiar Xidmətin rəisi Sergey Atovyan tutduğu vəzifəsindən azad edilib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, S.Atovyan 2019-2021-ci illərdə Ermənistan parlamentinin deputatı olub. Daha əvvəl isə o, qısa müddətə Ararat vilayəti qubernatorunun müavini vəzifəsində çalışıb.

Atovyan Ermənistan Baş nazirinin 15 sentyabr 2021-ci il tarixli qərarı ilə ölkənin Penitensiar Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Teqlər: