Ermənistan Baş naziri Nikol Paşinyan Brüsselə səfərə gedib.
AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev artıq Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə iyulun 14-də Belçikada işgüzar səfərdədir. Dövlətimizin başçısının Brüsseldə Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişellə görüşü keçirilir.