Paşinyan Cənubi Qafqazda kommunikasiyaların açılmasının vacibliyini qeyd edib

Xəbər - Orxan Nəbiyev – Trend:

Cənubi Qafqaz regionunda kommunikasiyaların açılması Ermənistan üçün təkcə qəbuledilən deyil, həm də prioritetdir.

AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistanın baş nazir vəzifələrini icra edən Nikol Paşinyan hökumətin iclasında deyib.

Onun sözlərinə görə, əldə olunan razılaşmalara əsasən, bu halda Ermənistanın İran və Rusiya ilə əlaqəsi yaranacaq.

Teqlər: