Paşinyan bununla işğalçılıq niyyətlərini etiraf etdi

Paşinyan bununla işğalçılıq niyyətlərini etiraf etdi

Paşinyanın erməni icması ilə görüşdə səsləndirdiyi fikirlər əslində onun sülhün əldə edilməsində səmimi olmadığını göstərir.

Bu sözləri AzerTimes-a Nikol Paşinyanın Münhendə erməni icması ilə görüşündə səsləndirdiyi fikirlər haqqında danışan siyasi şərhçi Turab Rzayev deyib.

Siyasi şərhçi Paşinyanın sözlərini məğlubiyyətin etirafı kimi dəyərləndirib:

“Ermənistan baş naziri dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Qarabağın ölkəmizin ərazi olduğunu bəyan edib. İcma nümayəndələri ilə görüşdəki sözlərindən isə Ermənistanın dünya ictimaiyyətindən dəstək gəlmədiyi üçün məcburi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığı nəticəsi çıxır. Proseslər əksinə cərəyan etsəydi, özünü dünyaya demokrat kimi sırımaq istəyən Paşinyan tamam fərqli hərəkət edəcəkdi. Digər tərəfdən Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiası, “miatsum” məsələsi var. Əgər həqiqətən sülh istəyirlərsə, Konstitusiyadan da sözügedən maddələri çıxarmalıdırlar. Bununla yanaşı, Paşinyanın sözləri məğlubiyyətin də etirafıdır. Yəni İrəvan nə qədər əksini sübut etməyə çalışsa da, hətta ətəklərindən yapışdıqları hamiləri belə Qarabağın Azərbaycan ərazisi olduğunu, ölkəmizin orada hərb yolu ilə beynəlxalq hüquqa tam uyğun şəkildə öz suverenliyini bərpa etdiyini qəbul etməyə məcbur olublar”.

Teqlər: