Ermənistan Baş naziri Nikol Paşinyan dekabrda Rusiyaya səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov təsdiqləyib.
Qeyd edək ki, daha öncə Y.Uşakov Ermənistanın Baş naziri Nikol Paşinyanın dekabrda Sankt-Peterburqda keçiriləcək Müstəqil Dövlətlər Birliyi (MDB) və Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitlərində iştirak edəcəyini gözlədikləri barədə açıqlama yayıb.